Pakistanın dövlət aviaşirkətinin yanacaq almağa pulu yoxdur: 300-dən çox reys ləğv edilib

Pakistanın dövlət aviaşirkətinin yanacaq almağa pulu yoxdur: 300-dən çox reys ləğv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pakistan International Airlines” aviaşirkəti son 10 gün ərzində ümumilikdə 322 daxili və beynəlxalq reysi ləğv edib.

Buna əsas səbəb Pakistan Dövlət Neft Şirkətindən yanacaq tədarük edə bilməməsi, maliyyə böhranı və istismar problemləridir.

Məlumatda qeyd olunur ki, “Pakistan International Airlines” hazırda tarixinin ən ağır böhranı ilə üz-üzədir və yanacaq tədarükünü həyata keçirmək üçün vəsaiti yoxdur.

“Pakistan International Airlines”ın təkcə yanacaq təchizatçısına olan borcu 2,4 milyon dolları ötüb.

Aviaşirkət yanacaq tədarükünə olan borcunu ödəmək üçün banklardan əlavə kreditlər istəyib.

Mənbə: “Dawn News”

Share: