Pakistanın Karaçi şəhərindən olan Məhəmməd Samir adlı gənc başını 180 dərəcə çevirə bilir.
Müstəqil.Az Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Pakistan nəşri yazır.
14 yaşlı yeniyetmə deyir ki, o, buna uzun müddət davam edən məşqlərdən sonra nail olub. Samir etiraf edib ki, altı yaşında o, Hollivud filmlərinin birində başını belə çevirməyi bacaran aktyoru görüb. Bundan sonra Samin məşqlərə başlayıb və bir neçə aydan sonra istəyinə nail olub.
Samirin anası belə hərəkətləri ona qadağan etmək istəyib, lakin alınmayıb.
Samir məktəbi ataraq “Dangerous Boys” rəqs kollektivinə qoşulub.
Müstəqil.Az