Pamela Anderson “Playboy” çəkilişlərindən danışdı: “Çox utancaq idim”

Pamela Anderson “Playboy” çəkilişlərindən danışdı: “Çox utancaq idim”

Amerikalı məşhur aktrisa və model Pamela Anderson “Playboy” jurnalına çəkilməzdən əvvəl çox utancaq olduğunu etiraf edib.

O, bu barədə “One-on-One” jurnalının xüsusi buraxılışına müsahibəsində danışıb.

Anderson ilk dəfə 1989-cu ildə, aktrisalıq karyerasına başlamazdan bir müddət əvvəl “Playboy”un üz qabığında görünüb. O, bu çəkiliş təcrübəsini xatırlayaraq, təbii utancaqlığını aradan qaldırmaq üçün öz üzərində xeyli çalışmalı olduğunu etiraf edib.

“Bu çəkilişlər o qədər yorucu idi ki, içimdəki daxili mübarizə də məni qalan gücümdən məhrum edirdi. Mənə elə gəlirdi ki, o qədər yöndəmsizəm ki, model roluna qəti uyğun deyiləm. Ətrafımdakı hər kəsin çox gözəl olduğunu düşünürdüm və özümü onların sıralarında saxtakar kimi hiss edirdim”, – ulduz deyib.

Share: