Pandemiya bizi internetlə daha yaxın etdi

Pandemiya bizi internetlə daha yaxın etdi

2022-ci ilin yeni tədris mövsümünün başlanmasına sayılı günlər qalıb. Dövrümüzdə bütün sahələrdə olduğu kimi təhsildə də, texnologiyalar olmadan irəliləyiş mümkün deyil. Xüsusilə, pandemiya dövründə evdən təhsil, məsafədən çalışma kimi yeni yanaşmalar yarandı. Evdən çalışma və təhsil bütün dünyada olduğu kimi ölkəmizdə də internetə və kompüterlərə tələbatı artırdı.

Bəs təhsil üçün kompüterlərin və notbukların qiyməti orta statistik Azərbaycan ailəsinin büdcəsinə uyğundurmu? Mövzu ilə bağlı maraqlı araşdırma aparılıb və nəticələri təqdim edirik.

Təhsil üçün kompüterlər ailə büdcəsinə uyğundurmu?

Bildiyiniz kimi, pandemiya dövründə kompüterə olan tələbatın artması ilə dünyada bu sahədə böyük qıtlıq yaranmışdı. Nəticədə, yaranan qıtlıq notbukların qiymətinin artmasına gətirib çıxardı, hətta bəzi modellərin qiyməti bizim bazarda iki dəfə artmışdı. Bəs bu gün kompüter bazarında görəsən cari qiymətlər nə dərəcədə istehlakçılar üçün sərfəlidir?

Əməkdaşlar Bakıda notbukların, xüsusən də məktəblilər və tələbələr üçün nəzərdə tutulmuş notbukların qiymətlərini araşdırıb. Kompüter satışı ilə məşğul olan şirkətlərin saytlarında apardığımız araşdırma zamanı məlum oldu ki, kifayət qədər aşağı qiymət AZTECH şirkəti tərəfindən təklif olunur. Şirkətin aztechshop.az saytında büdcəli notbuk modelləri 499 AZN-dən başlayan qiymətlərlə satılır. Bu qiymətə bu gün bazarda işlənmiş notbuklar da təklif oluna bilər. 

Ona görə də 499 AZN-dən başlayan qiymətlərlə satılan ASUS modellərini ətraflı araşdırdıq.
Nəticədə məlum oldu ki, təklif olunan ASUS E410MA, E510MA, X543MA, X415MA kimi yeni modellər 1 illik rəsmi zəmanətlə satılır və hətta ABB, “Kapital Bank”, “Albalı” bankın taksit kartları ilə ödəmə imkanı da mümkündür.

Bu qədər ucuz qiymət bəs necə mümkün olur?

Məlum oldu ki, “Aztech” şirkəti Azərbaycanda ASUS, “Lenovo” və MSI kompüter brendlərinin əsas idxalçılarından biridir. Şirkət yeni təhsil dövrünün başlanılması ilə əlaqədar istehsalçı ilə razılaşdıraraq, 28 May küçəsi 15 ünvanında yerləşən “ASUS” “Brand Store”da xüsusi promo kampaniya keçirir.

Şirkətin təklif etdiyi digər daha üstün və premium modelləri də araşdırılıb. Mağazada müxtəlif peşə sahibləri – dizaynerlər, mühəndislər, kreatorlar, memarlar, proqramçılar, developerlər, kodlaşdırma ilə məşğul olanlar üçün hər büdcəyə uyğun yeni modellər mövcuddur.

Təhsil üçün notbuklarla saytlarına daxil olaraq tanış ola və ya *2225 qısa nömrəsinə zəng edərək məlumat ala bilərsiniz.

https://aztechshop.az/noutbuklar/ev-ucun/?sort=p.price&order=ASC

Share: