Pandemiya səbəbindən dünya gəmiçiliyində qəzaların sayı azalıb 

Pandemiya səbəbindən dünya gəmiçiliyində qəzaların sayı azalıb 

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, bu barədə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) məlumat yayıb.

Ekspertlərin fikrincə, qəzaların azalması bilavasitə pandemiya dövründəki məhdudiyyətlərlə əlaqədardır.

Qəzalarla yanaşı, dənizdə həlak olanların və xəsarət alanların sayında da azalma müşahidə olunur. 2019-cu ilə nisbətən 2020-ci ildə dənizdə  həlak olanların sayında 49%, xəsarət alanların sayında isə 36% azalma qeydə alınıb.

Statistikaya görə, ötən il ən çox qəzaya uğrayan quru yük və sərnişin gəmiləri olub.

Müstəqil.Az

Share: