Bəşəriyyət pandemiyadan sonra aclıq, bərabərsizlik, yoxsulluq, xəstəlik və iqlim dəyişiklikləri kimi daha ciddi problemlərlə üzləşəcək.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
O, dövlətlərə çağırış edərək insanların və planetin sağlamlıq və rifahına əsaslanan iqtisadi artımı təşviq etməyi tövsiyə edib:
“Pandemiya göstərdi ki, sağlamlıq risklə üzləşirsə, deməli, hər şey risk altındadır. Bu baxımdan sağlamlığın dəyərinin qavranılmasında fundamental dəyişiklik labüddür”.
Müstəqil.Az