Roma Papası Fransisk mayın 13-də Vatikanda Ukrayna lideri Volodimir Zelenskini qəbul edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “ANSA” agentliyi məlumat yayıb.
“Çox güman ki, Papa şənbə günü Ukrayna Prezidenti ilə görüşə bilər”.
Alman mətbuatının yazdığına görə, yaxın günlərdə Zelenski Berlində kansler Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək və Roma da bu proqrama daxil ola bilər.