“Papaq qeyrətimizdir, kələğayı ismətimiz”… adlı tədbir keçiriləcək

“Papaq qeyrətimizdir, kələğayı ismətimiz”… adlı tədbir keçiriləcək

16 yanvar, saat 12:00, 2025 – ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə, Xətai Rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində papaq və kəlağayılarımızın sərgisi təşkil olunacaq, sazlı, sözlü tədbir keçiriləcək.
2025- ci ildə ” Papaq qeyrətimizdi, kəlağayı ismətimiz” layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayını geniş şəkildə təbliğ etməyi planlaşdırırıq. Bu il layihə çərçivəsində klassiklərimizin və bu günümüzün işığında yaşayıb yaradan şairlərin şeirlərindən ibarət kitab da çap olunacaq, kitabxanalara, mədəniyyət, elm və təhsil ocaqlarına, oxuculara təqdim olunacaq. Layihəmizin əsas məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, gənc nəslə tanıtmaq və gələcək nəsillərə ötürməkdir.
Aprel ayında ” Papaq və kəlağayı Festivalı” keçirilməsinə hazırlıq gedir. Festivalda Azərbaycanımızın bölgələrindən papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər.
layihə çərçivəsində silsilə tədbirlər 2025- ci ilin sonuna qədər davam edəcək.
Onu da qeyd etmək yerinə düşərdi ki, 2017 – ci ildən mədəniyyətimizin, adət – ənənəmizin bir parçası olan kəlağayımızı təbliğ edirik. 2023 – cü ildə noyabrın 1 – dən Naxçıvandan başlayaraq bölgələrimizdə, sonda Beynəlxalq Muğam Mərkəzində “”Sazlı, sözlü kəlağayı günləri” layihəsini həyata keçirdik. Layihənin uğurlu olduğunu, həm də kəlağayımızın 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse. prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri- Maddi Mədəni İrs üzrə Peprezentativ siyahıya daxil olmasının 10 illik yubileyi münasibəti ilə 2024 – cü ildə yanvar ayından ” Kəlağayı Ev Muzeyi” ndən başlayaraq bölgələrimizdə, Sankt- – Peterburqda, Rusiya Milli Kitabxanasında Hicranə Həsənovanın dəstəyi ilə, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisidə M. F. Axundzadənin Ev Muzeyində, Marneulidə Tədris və İnkişaf Mərkəzində, Rustavidə Tədris və Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə final olaraq Suraxanıda Qurban Abbasov adına Mədəniyyət Sarayında keçirildi.
2024- cü ildə Elm və Təhsil Nazirliyinin, Naxçıvan Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində layihə çərçivəsində tədbirlər keçirildi.
Aprelin 29- da Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ” İlk Kəlağayı Festivalı” dövlət səviyyəsində kəlağayıya həsr olunmuş ilk festival idi. Kəlağayıdan bəhs edən
”Anam- kəlağaydı, kəlağay- anam” kitabı kəlağayımızın Yuneskoya daxil olmasının 10 illik yubileyinə töhfə oldu və ilboyu təbliğ olundu, təqdim olundu.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022, 2023, 2024 illərdə kəlağayı haqqında layihələrimiz kiçik qrant müsabiqəsinin qalibi elan oldu. Layihələrimiz uğurla həyata keçirdik.
2025- ci ildə isə kəlağayıdan papağa…Uğurlar…

Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, AYB- min üzvü, AAB- nin üzvü, AJB- nin üzvü

Share: