Papua-Yeni Qvineya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Kimbe şəhərindən 108 km şimal-qərbdə yerləşib. Şəhərdə 18,8 min nəfərə yaxın insan yaşayır.
Zəlzələ ocağı yerin 607 km dərinliyində yerləşib.
Dağıntı və itkilər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Mənbə: TASS