Özbəkistanda səfərdə olan Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bu ölkənin Baş naziri Abdulla Aripovla görüşüb.
-nın Gürcüstan bürosu xəbər verir ki, sədr Baş nazir Abdulla Aripovla “Orta Dəhliz”in inkişafına dair müzakirə apardığını bildirib.
O, Özbəkistanın dəmir yolu nəqliyyatı da daxil olmaqla dəhlizin inkişafına verə biləcəyi töhvələrə dair detallı müzakirə apardığını qeyd edib.
Şalva Papuaşvili Orta Asiyaya səfərinin davam etdiyini, Türkmənistan və Qazaxıstanda da görüşlər keçirəcəyini bildirib.