Bazar günü Paraqvayda prezident və parlament seçkiləri keçirilir.
Dövlət başçısı vəzifəsinə 13 namizəd mübarizə aparır.
Bununla belə, sorğulara görə, əsas mübarizə onlardan ikisi – hakim mühafizəkar “Kolorado” partiyasının nümayəndəsi Santiaqo Penya və mərkəzçi Həqiqi Liberal Radikal Partiyasından namizəd olan Efrayn Aleqre arasında gedir.
Hazırkı dövlət başçısı Mario Abdo Benites seçkilərdə iştirak etmir, çünki Paraqvay Konstitusiyası prezidentin səlahiyyətlərini bir müddətlə məhdudlaşdırır.
Paraqvayda prezident seçkilərində qalib gəlmək üçün namizədin nisbi səs çoxluğunu toplaması lazımdır. Vətəndaşlar həmçinin 45 senator və 80 deputat seçməli olacaqlar.
Qeyd edək ki, ölkədə səsvermə məcburidir.
Mənbə: TASS