Paris (Fransa) hava limanında sərnişinlər təyyarə salonundan təxliyyə edilib. “Qafqazinfo”nun “Air Live” portalına istinadən məlumatına görə, buna səbəb hava gəmisinin mühərriyinin alışması olub.
Sərnişinlər hava trapları vasitəsilə təxliyyə edilib. İnsident nəticəsində xəsarət alan olmayıb. “Royal Air Maroc” kompaniyası baş vermiş hadisə ilə bağlı xidməti araşdırma aparır.
Təyyarənin Mərakeşin Kasablanka şəhərindən gəldiyi bildirilir.