Paris məhkəməsi Mbappenin PSJ ilə müqaviləsini ləğv etməyəcək

Paris məhkəməsi Mbappenin PSJ ilə müqaviləsini ləğv etməyəcək

Paris İnzibati Məhkəməsi La Liqanın fransız hücumçusu Kilian Mbappe ilə bağlı qaldırdığı iddianı rədd edib.

İddiada Mbappenin “Pari Sen-Jermen” ilə müqaviləsinin ləğvi tələb edilirdi.

La Liqa PSJ-nin maliyyə feyr-pleyinə (klublar bir ildə qazandıqlarından çox pul xərcləməməlidirlər – red.) əməl etmədiyi qənaətindədir. Paris klubu ilə müqaviləyə əsasən, Mbappe dünyanın ən çox pul ödənilən futbolçusu olub.

Mənbə: Gazeta.ru

Share: