Üç silahlı quldur “Piaget” zərgərlik mağazasından 10-15 milyon avro dəyərində zinət əşyaları oğurlayıb.
Oğurluq Fransa Ədliyyə Nazirliyinin binasından uzaq olmayan Vandom meydanı yaxınlığındakı küçədə baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb.
Soyğunçular cinayət yerindən qaça biliblər. Onların axtarışını banditizmlə mübarizə aparan xüsusi təyinatlı polis briqadası həyata keçirir.
Mənbə: TASS