Partiya qurultayından sonra Çinin ən zəngin şəxsləri 9 milyard dollar itiriblər

Partiya qurultayından sonra Çinin ən zəngin şəxsləri 9 milyard dollar itiriblər

Si Cinpinin üçüncü müddətə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsindən sonra Çinin ən varlı adamları şirkət səhmlərinin ucuzlaşması nəticəsində 9 milyard dollar itiriblər.

“Tencent” telekommunikasiya holdinqinin təsisçisi Ma Huaten və əczaçılıq biznesinin sahibi Çjun Şanşan oktyabrın 24-də Honq Konq birjasının açılışı zamanı hər biri 2 milyard dollar zərərə uğrayıblar.

Qeyd edək ki, maliyyə bazarlarında Si Cinpinin üçüncü müddətə seçilməsi şəxsi biznesin sıxışdırılması siyasətinin davamı kimi qiymətləndirilib.

Mənbə: gazeta.ru

Share: