Düşmən ölkə növbəti dəfə öz terrorçu və faşist mahiyyətini ortaya qoydu.
Müstəqil.Az xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
“Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması və bunun nəticəsində 21 nəfərdən çox soydaşımızın həyatını itirməsi, 70 nəfərdən çox mülki insanlarımızın xəsarət alması, yaralanması bir daha Ermənistan dövlətinin azğınlığını, barbarlığını göstərir.
Bu ölkə nə adi insanlıq dəyərləri ilə, nədəki Cenevrə Konvensiyalarının tələbləri ilə, beynəlxalq hüququn
normaları ilə qətiyyən hesablaşmır. Ermənistan özünü normal dövlət kimi deyil, açıq-aşkar terrorçu
qurum kimi aparmaqla beynəlxalq hüququ ayaqlar altına atır, dünya birliyinə qarşı saymazyana davranır.
Lakin ən təəccüblüsü də budur ki, dünya birliyi, BMT kimi, UNİCEF kimi mötəbər təşkilatlar, eləcə də
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan adlı terrorçu "dövlət"in vandalizm və soyqırım
təşəbbüslərinə şübhəli şəkildə susur. Əgər eyni addımları Azərbaycan Ermənistana qarşı atmış olsaydı,
"dünya birliy i" dediyimiz həmin o kar və kor qüvvə indi Azərbaycana qarşı rəsmən "səlib yürüşü" təşkil edərdi. Deməli, günümüzün dünya reallıqlarında beynəlxalq hüququn normaları yox, "ikili standart"lar
hökmranlıq edir.
Biz bu cür ikibaşlı davranışlara, ədalətsiz siyasətə və terrorçu ölkənin cəzasız qalmasına qəti şəkildə
etirazımızı bildiririk. Biz BMT-dən, ATƏT-dən işğalçı ölkənin nazıyla oynamaq siyasətindən əl çəkməyi
tələb edirik. Biz Ermənistanın uşaqları qətlə yetirən ölkə kimi ifşa edilməsini və məsuliyyətə cəlb
olunmasını tələb edirik. Biz beynəlxalq təşkilatlardan, super dövlətlərdən beynəlxalq hüquqa hörmətlə
yanaşmağı tələb edirik. Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik. Haqqın, ədalətin yanında
olmağınızın vaxtı çoxdan yetişib, cənablar! Azərbaycan xalqının haqq səsini eşitmək sizin birbaşa
vəzifəniz,borcunuzdur. Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın!
Onu da unutmayın ki, heç bir terrorçu "dövlət", heç bir raket atəşləri Azərbaycan Ordusunun qarşısını ala
bilməz, Ali Baş Komandanımızın əzmini sarsıda bilməz! Azərbaycan xalqı öz torpaqlarının işğaldan azad
edilməsini istəyir. Bu bizim təbii, tarixi haqq və hüququmuzdur. Siz də bizim bu haqq və hüququmuzla
hesablaşmalısınız! Siz işğalçı ölkənin yanında yox, torpaqları işğala məruz qalan xalqın yanında yer
almalısınız. Elə isə buyurun, ədalətliliyinizi göstərin! Qarabağımızı işğalçıya peşkəş etməyin, yedirtməyin!
Mən böyük bir üzüntü hissilə Bərdə soyqırımı nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir,
onların ailə üzvlərinə başsağlığı verirəm. Yaralanmış soydaşlarımıza da tez sağalmalarını arzu edirəm!
Millətimizin baş sağ olsun! Allah Ordumuza və Dövlətimizə qüvvət versin!”