Partiya sədri: “Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir”

Partiya sədri: “Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir”

Bir-birindən sərsəm son açıqlamarı və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixolojik problemləri var.

 

Ordusu hər gün yeni-yeni məğlubiyyətlərə uğrayan Ermənistanın rəhbəri əslində indiki kritik vəziyyətdə ağıllı qərarlar verib mənasız müharibənidayandırmaq və işğalçılığa son qoymaq əvəzinə, əksinə, daha da inadkarlıq göstərir, bir-birindən isterikqərarlar verir, Ermənistan ordusunun onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır. Paşinyankomromislər üçün, sülh üçün heç bir əl yeri qoymur. O bütün “körpü”ləri yandırır. Danışıqlardan imtina
edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Elə sonuncu paylaşımı da bütün bu fikirlərimizi
təsdiqləyir.

Azərbaycan Ordusunun müvəffəqiyyətli əks-hücumları nəticəsində çıxılmaz vəziyyətə düşən
Ermənistanın Baş naziri özünün rəsmi Facebook səhifəsində bütün ermənilər üçün yeni “fəaliyyət
planı”ını təqdim edib. Planın əsas məğzi ondan ibarətdir ki, Paşinyan bütün erməniləri könüllü döyüş
dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın yeni planı ermənilər tərəfindən heç də birmənalı
qarşılanmayıb. Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli
silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Bir sözlə, onlar bu yeni plana öz etirazlarını
bildiriblər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları narsissizm xəstəliyinə tutulmuş
Paşinyanın vecinə deyil.

Paşinyan hal-hazırda öz xalqını eşitmək, dinləmək istəmir. Onsuz da müharibənin hələ ilk günlərindən
Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünü və öz
hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun
hakimiyyət maraqlarına xidmət edir. Və əslində hal-hazırda hətta Qarabağ da Paşinyan üçün maraqlı
deyil. Çünki o Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də
bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O
çıxılmaz situasiyanın əsirinə çevrilib və onun ətrafında çevrə gün-gündən darılır.

Artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir. Rusiyadan, Fransadan dəstək alan siyasi
rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan əgər hələ də öz xalqına heç olmasa
son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri
qəbul etməli, müharibəni dayandırmalı və torpaqlarımızı dərhal işğaldan azad etməlidir. Son çıxış yolu
budur. Paşinyanın başqa seçim yolu yoxdur.

Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Share: