Bu ilin oktyabr ayının 10-da paytaxtda “PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti keçirilib.
“Dənizçilərə Sosil Dəstək” İctimai Birliyindən Müstəqil.az- a daxil olan xəbərdə deyilir ki, bu haqda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkəsindəki divarında yazıb. O, tədbirdə nazir həmkarı Mikayıl Cabbarovla birlikdə iştirak etdiklərini xüsusi olaraq qeyd edib: “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitində həmkarım Mikayıl Cabbarovla birlikdə iştirak etdik.
Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün həyata keçirilən tədbirlər, bu sahədə mövcud olan yeni tendensiyalar və icra olunan rəqəmsallaşma prosesləri haqqında məlumat verdik.
Sammit çərçivəsində Azərbaycanda startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etmək məqsədilə “INMerge Ventures” vençur fondunun təsis edilməsi haqqında Anlaşma Memorandumu imzalandı.
Müstəqil.Az