Paşa Paşazadə: Torpaqlarımızın işğaldan azad olunmasının sevinci mənim ən böyük təltifimdir

Paşa Paşazadə: Torpaqlarımızın işğaldan azad olunmasının sevinci mənim ən böyük təltifimdir

Tarixə 44 günlük Vətən müharibəsi kimi düşəm II Qarabağ müharibəsinin qəhrəmanları haqda çox danışılacaq, haqlarında çox bəhs ediləcək. Minlərlə oğlumuzun qanı bahasına azad olunan torpaqlarımızda qələbə günün sevincini yaşamaq başqa bir hissdir ki, şücaətli Ordumuzun, onun yenilməz əsgərlərinin, zabitlərinin və təbii ki Ali baş komandanın səyləri nəticsiz qalmadı.

Torpaqlarımızn azad olunmasında Azərbaycan dənizçilərinin də misilsiz rolu, qəhrəmanlıqları az olmadı. Mütəmadi olaraq onlar haqda yazılar yazır, müsahibələr edir və tariximizin qələbə sevincli səhifəsində haqq etdiklərini böyük fəxarət hissi ilə  qeyd edirik.

Düşmən üzərində qazanılan bu parlaq qələbənin sevincini bizə yaşadan qəhrəmanlarımız sırasında AXDG QSC-nin də əməkdaşlarının rolu az olmayıb.
Dənizçilərə Sosial Dəstək” İctimai BirliyiMüstəqil.Az saytının birgə layihəsi olaraq döyüşçü dənizçilərimizlə əlaqə saxlayır, onların həyat və döyüş yollarına nəzər salırıq. Belə igidlərimizdən biri də “AXDG”-nin “məxfi rejim və hərbi səfərbərlik” şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışan Paşazadə Paşa Niyaməddin oğludur.

 

 – Paşa bəy, müharibə arxada qaldı, qələbənin sevincini hələ də yaşamaqdayıq. Bu sevinci bizə yaşadnlardan biri də sizsiniz. Bəlkə bir qədər yaxından tanışlıq oxucularımız üçün də maraqlı olar.

-Mən 1994-cü ilin iyul ayının 22-də Sumqayıt şəhərində Hərbiçi ailəsində anadan olmuşam. Orta təhsilimi isə Baki şəhərində yerləşən 177 sayli orta məktəbdə almışam. 2012-2016-ci illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və kompyuter texnologiyaları fakultəsində bakalavr pilləsi üzrə ali təhsil almışam.

2016-cı ilin iyul ayının 4-də həqiqi hərbi xidmətə yollanmışam. Düz bir il sonra,  2017-ci ilin iyul ayının 4-də xidmətim başa çatıb. Mən hərbi xidmətdə kiçik çavuş, manqa komandiri vəzifəsini icra etmişəm.  Ailəliyəm iki qiz övladım var.

– Hərbi xidmətdən sonra siz AXDG-də işə düzəlmisiz.

-Bəli, AXDG ailəsinə, belə demək mümkünsə,  2018-ci il tarixindən üzv oldum.  Bu ilin iyul ayının 26-da  “AXDG”-nin XDND idarəsində ekspeditor vəzifəsində əmək fəaliyyətimə başladım.

06.05.2019-cu ilin my ayının 6-da isə  “ASCO Mühafizə” MMC-də Mülki Müdafiə Qərargah rəisi vəzifəsində çalışmışam. Mayor rütbəsində. Burda da bir müddət işlədikdən sonra yenə də daxili voknsiyalarda iştirak etdim.  Hal-hazırda “AXDG”-nin “məxfi rejim və hərbi səfərbərlik” şöbəsində,aparıcı mütəxəssis vəzifəsində işləyirəm.

-Və sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın hücum əmri verildi, qismən də olsa səfərbərlik elan olundu. Sonda bizə qürur dolu sevinc yaşadan bu müharibəyə nə zaman qatıldız?

 

– Doğru buyurursuz, bu müharibə xalqımızın  illərlə yaşadığı məlubiyyət hissinin üstündən  bir xətt çəkdi. Mən II Qarabağ müharibəsinə getmək üçün  könüllü olaraq qeydiyyatdan keçmişəm. Müraciətimə Səfərbərlik idarəsindən müsbət cavab almadıqdan sonra .2020 ci ilin sentyabr ayının 30-da də şəxsən hərbi hissəyə yaxınlaşıb, könüllü olaraq ordu sıralarına qatılmışam.  “N” saylı hərbi hissə ilə birgə Fizuli istiqamətində döyüşə yollanmışıq.

-Demək döyüş yolun Fizulidən başladı?

– Elədir. Amma  Fizuli rayonu ilə yanaşı , Cəbrayil, Zəngilan, Qubadli, Laçın rayonlarının da işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Biz, ön cəbhədə döyüşü idarə edən, rəhbər şəxslərin şəxsi mühafizəsini təşkil etmişik.. Döyüşlərə kiçik çavuş rütbəsi, manqa komandiri vəzifəsində qatılmışam.

– Müharibə arxada qalıb, lakin onun fəsadları yaşanmaqdadır. Minlərlə insanımız şəhid oldu, yurd yerlərimizin, gözəl şəhərləriizin xarabalığa çevrildiyinin şahidi olduq. Hansı hissləri yaşayırsız?

– Sözzsüz qalib ordunun əsgəri olmaq, qələbəni görmyin sevincini yaşamaq, bu hisslərə köklənmək xoş bir haldır. Amma mən döyüşlər zamanı düşmənlə vuruşanda  həm qürur hissi keçirirdim  həm də kədərlənirdim. Ona görə qürurlanırdim ki, Qarabaği düşmən işğalindan azad edirdik və sonda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Kədərlənirdim ona görə ki, çiyin-çiyinə döyüşdüyümüz qardaşlarimiz  mənfur düşmənin gülləsinə tuş gəlirdi. Neçə döyüçümüz Vətən uğrunda çarpışmada şəhidlik zirvəsinə ucaldi. Vətən sağ olsun, dedilər, biz də elə deyirik. Bütün bunlar bizdə düşmənə nifrəti birə beş artırırdı, qalib olmamıza stimul verirdi.

-Ordu sıralarından nə vaxt tərxis olunduz? Hər hansı bir təltifiniz oldumu?

2020-ci ilin noyabr ayının 11-də ildə düşmən Kapituliyasiya aktını imzaladıqdan sonra  ordu sıralarından tərxis olunmuşam. Mən döyüşə yola düşəndə hər hansı bir təltifi gözüm önünə gətirmədim. Torpaqlarımızın işğaldan azad olunmasının sevinci mənim ən böyük təltifimdir. Amma buna baxmayaraq  Azərbaycan Respublikasinin Prezidenti, Cənab Ali Baş Komandan tərəfindən “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medallari ilə təltif olunmuşam.

-Paşa, artıq doğma kollektivə qayıtmısız, öz işinizi davam etdirirsiz. Daha, deyəcəyiniz nələrsə qaldımı?

-Vətən uğrunda canından keçən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirəm. Bu qələbə bizim xalqın birliyinin nəticəsi idi və əlbəttə ki, ölkə başçisi, Ali Baş Komandan Cənab İlham Əliyevin uğurlu siyasəti və Müzəffər ordumuzun əzmi ilə biz şanlı zəfəri qazandıq. Birliyimiz, bütövlüyümüz əbədi olsun. Biz bu 44 günlük müharibədə bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandir və Azərbaycanin ayrilmaz hissəsidir…

Söhbətləşdi: Faiq Balabəyli

Share: