Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işində dindirilib

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.

Ermənistan İstintaq Komitəsi respublikanın baş naziri Nikol Paşinyanı 2020-ci ilin payızında 44 günlük müharibə zamanı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə şahid qismində dindirib.

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

“Sözügedən cinayət işi çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib”, – deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı bu ilin may ayından başlayıb.

Mənbə: TASS

Share: