Ermənistan baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana Silahlı Qüvvələrin baş qərargah rəisi Movses Akopyanı istefaya göndərməyə çağırıb.
Bununla bağlı Paşinyan Ermənistan hökumətinin 24 mayda keçirilən iclasında məlumat verib.
Baş nazirin sözlərinə görə, bu gün Akopyan vəzifəsindən azad olunacaq, günün sonunadək isə yeni baş qərargah rəisinin adı məlum olacaq.
Paşinyan əlavə edib ki, yeni baş qərargah rəisi sabah Silahlı Qüvvələr Komandanlığına təqdim olunacaq.