“Paşinyan bizim adamdır, Ermənistana yardım edilsin” – Şok müraciət

ABŞ Konqresinin 25 üzvü Dövlət katibi Mayk Pompeoya yazılı müraciət edərək Ermənistana dövlət səviyyəsində ayrılan yardımın artırılmasını tələb edib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, müraciət dövlət katibinə senator Ceki Spayer tərəfindən təqdim edilib.

Spayer qeyd edib ki, Ermənistanda hakimiyyətə gəlmiş yeni siyasi qüvvələr ABŞ-ın maraqlarına uyğundur və ona hiss ediləcək yardım edilməlidir: “Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanın yeni dönəmə keçidi üçün böyük şansdır. Bu vəziyyətdə Ermənistan ətrafında yaranmış vəziyyət təhlükə vəd edir, amma bunu aradan qaldırmağın yolu ABŞ-ın dəstəyindən keçir.

Riskə getməyə dəyər. Çünki bu, keçid dönəmidir, Ermənistanı xilas etmək mümkündür”.

Share: