Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə dindirildi

Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə dindirildi

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə bildirib.

“Cənab Baş nazir şahid qismində dindirilib”, – Kyaramyan “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyanın sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Paşinyan aprelin 18-də bu iş çərçivəsində dindirildiyini bildirsə də, hansı statusda olduğunu açıqlamayıb.


Share: