Nikol Paşinyan Ermənistanı beynəlxalq güclərin hərbi poliqonuna çevirir.
Bunu -ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Ramiz Alıyev deyib ki, Ermənistan Birinci və İkinci dünya müharibələrində olduğu kimi, bu dəfə də – Avropa İttifaqının missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməklə – beynəlxalq güclərin dünyanı yenidən bölüşdürmək siyasətində alət kimi istifadə olunur: “Üçüncü Dünya müharibəsinin başlanması üçün Ermənistandan katalizator kimi istifadə olunması regionumuza yalnız fəlakət vəd edir. Görünən odur ki, onlar Cənubi Qafqazda, onsuz da, kövrək olan sülh və sabitliyi bərpa etmək əvəzinə, barıt çəlləyi yerləşdirirlər. Qərbin təhlükəsizlik missiyası adı altında Ermənistana hərbçilər göndərməsində və bu ölkəni silahlandırmasında əsas hədəflərdən biri Azərbaycandır. Amma İrəvan rəhbərliyi anlamalıdır ki, partlaya biləcək bu barıt çəlləyinin alovu Ermənistanın özünü yandıracaq”.
Politoloq qeyd edək ki, Ermənistan regiondakı düzəni, harmoniyanı pozmaq istəyir: “Avropa İttifaqının Ermənistandakı missiyasının statusunun parlamentdə ratifikasiya olunması ABŞ hərbçilərinin də bu ölkəyə yerləşdirilməsinə imkan yaradacaq. Cənubi Qafqazın hərbiləşdirilməsi nə Azərbaycanın, nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Heç bir dövlət istəməz ki, onun qonşuluğunda, az qala, bütün dünyanın hərbçilərinin yerləşdiyi poliqon olsun. Sual olunur, Qərbin Ermənistana göndərdiyi və gələcəkdə də göndərəcəyi hərbi missi kimi kimdən qoruyacaq? Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Sərhədlər müəyyənləşdirilsin, sülh müqaviləsi imzalansın, bununla da anlaşılmazlıqlar aradan qalxın. Düşünürəm ki, heç bir başqa dövlətin də Ermənistana qarşı ərazi iddiası yoxdur. Belədirsə, Aİ missiyasının Ermənistanda qalma müddəti nə üçün uzadılır? Azərbaycan Ermənistana sülh təklif edir. İrəvan isə sülh müqaviləsi bağlamaq əvəzinə ölkədə ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır. Özü də bu məsələ işğal altındakı 8 kəndin Azərbaycana qaytarılması müzakirə edildiyi bir dövrdə sürətlə ortaya atılıb. Qeyd olunur ki, Ermənistan parlamentinin bu addımı aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı qeyd olunur. Qərb Cənubi Qafqazdakı problemləri öz maraqları konteksində həll etmək istəyir”.
Ramiz Alıyev vurğulayıb ki, Qərbin Ermənistanda hətta İran və Rusiyaya qarşı hərbi baza yerləşdirməsinin özü də Azərbaycanın maraqlarına cavab vermir: “Bu gün Ermənistan heç bir dövlətlə müharibə aparmaq iqtidarında deyil. Onların müharibə aparmağa nə canlı qüvvəsi var, nə müasir silah-sursatları, nə də döyüş əhval-ruhiyyələri. Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində darmadağın edilən Ermənistan ordusunun yenidən toparlanması mümkün deyil. Digər tərəfdən düşünürəm ki, ABŞ-nin hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası üçün ciddi problem olacaq. Ermənistan ərazisinin Rusiya və Qərb hərbçilərinin döyüş poliqonuna çevrilməsi ehtimalı artır. O cümlədən, İran da razı olmayacaq ki, onun qonşuluğunda bir nömrəli düşməni olan ABŞ-nin və digər Qərb dövlətlərinin hərbi bazası olsun. Qərbin Ermənistanda hərbi baza yaratması İranın təhlükəsizliyini təhdid edir. İnanmıram ki, Tehran bu məsələyə laqeyd yanaşsın”.
Politoloq əlavə edib ki, Aİ-nin Ermənistandakı missiyası qısamüddətli olmalı idi: “Sonradan Qərb missiya üzvlərinin sayını 138-dən 209 nəfərə qədər artırdı və onu hərbiləşdirdi. Hesab edirəm ki, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdırsa, yeni müharibə istəmirsə, Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasına, onun hərbiləşdirilməsinə, ABŞ-nin də gələcəkdə öz hərbçilərini bu missiyaya daxil etməsi planlarına aydınlıq gətirməlidir. Azərbaycanın tam haqqı var ki, 30 ilə yaxın onun ərazilərini işğal altında saxlamış və 2020-ci ildə Ordumuz tərəfindən darmadağın edilmiş Ermənistandan bunun izahatını tələb etsin. Əks təqdirdə Azərbaycan da qabaqlayıcı addımlar ata bilər”.