Fransadakı erməni diasporunun nümayəndələri bu ölkədə səfərdə olan Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı təhqir ediblər.
Müstəqil.az “Yerevan Today”ə istinadla xəbər verir ki, etiraz edənlər “Nikol, satqın” şüarlarını səsləndiriblər və “Təslimçi”, “Satqın” sözlərinin yazıldığı plakatlar qaldırıblar.
Onlardan biri Paşinyanın “köpək kimi gəbərməsini” arzulayaraq, “bu, sondur, bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, – deyə qışqırıb.