Hər kəsin marağını çəkən Ermənistan müdafiə naziri Suren Papikyanın toyu bəzi məmurların sağlamlığına zərər vurub. Belə ki, toy məclisində iştirak edən bir çox qonaqlar koronavirusa yoluxublar.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan da nazirin toyunda koronavirusa yoluxanlar sırasındadır.
Bundan başqa, Ermənistan Milli Assambleyanın “Mülki müqavilə” fraksiyasının üzvü Eduard Ağacanyanın, bəzi deputatlar, habelə Baş Qərargah rəisi, ordu rəhbərliyində təmsil olunan bir sıra yüksək rütbəli zabitlərin COVID-19 infeksiyasına yoluxması müəyyən edilib.
Qeyd edək ki, dünən baş nazir Nikol Paşinyanın koronavirusa yoluxması barədə rəsmi açıqlama verilib. O, hazırda ev şəraitində fəaliyyətini davam etdirir.