Paşinyan müdafiə büdcəsinin ikiqat artdığını açıqlayıb

Paşinyan müdafiə büdcəsinin ikiqat artdığını açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın 2024-cü ildə müdafiə büdcəsi 309 milyard dram (772 milyon dollar) artırılacaq.

Bu barədə Ermənistan parlamentində ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Müdafiə büdcəsinin 309 milyard dram artımını xüsusilə qeyd etmək istərdim. Bu, 2018-ci ilin müdafiə büdcəsindən 125% çoxdur. Orduda islahatların aparılması bizim üçün vacibdir. Eyni zamanda, mən qeyd etmək istərdim ki, müdafiə büdcəsinin artırılması bizim elan etdiyimiz “sülh gündəliyi” ilə ziddiyyət təşkil etmir”, – Paşinyan bildirib.

Mənbə: TASS

Share: