Paşinyan Overçukla kommunikasiyaların blokdan çıxarılmasını müzakirə etdi

Paşinyan Overçukla kommunikasiyaların blokdan çıxarılmasını müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla regional kommunikasiyaların blokdan çıxarılması imkanlarını müzakirə edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupun fəaliyyətini, regional kommunikasiya infrastrukturunun blokdan çıxarılması imkanlarını və bu istiqamətdə aparılan işləri müzakirə ediblər.

Qarabağla bağlı humanitar razılaşmaların icrası və bölgədə sabitliyin möhkəmləndirilməsinin zəruriliyi xüsusilə vurğulanıb.

Müstəqil.Az 

Share: