Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Bu barədə “Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir.
Məlumata görə, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub.
Danışıqlar zamanı regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımların həyata keçirilməsinin vacibliyi vurğulanıb.