Paşinyan Təmizlik əməliyyatına BAŞLADI – İlk ONLARI qovur

Ermənistanın yeni baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyana polis rəisi Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın işdən çıxarılmasını təklif edib.

Müstəqil.az xəbər verir ki, Paşinyan bu haqda feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamenti Nikol Paşinyanı yeni baş nazir seçib. Müxalifət lideri deputatların 59-nun səsini toplaya bilib. Bundan sonra hakim Respublika Partiyası bildirib ki, müxalifətə gedir və hökumətdə bütün postlardan imtina edir.

Share: