Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da yaşayan erməni əsilli iqtisadçı Daron Əcəmoğlunu ölkəsinə dəvət edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Baş nazir Feysbuk səhifəsində məlumat yazıb.
“Elə indicə bütün dünyada məşhur olan erməni əsilli iqtisadçı Daron Əcəmoğlu ilə telefonda danışdım. O dedi ki, Ermənistana iqtisadiyyatın bərpası və inkişafında kömək etməyə hazırdır”, – Paşinyan bildirib.
Əcəmoğlu Ermənistana gəlməyi qəbul edib. Paşinyanın dediyi kimi, səfərin vaxtı qarşıdakı günlərdə bəlli olacaq.
Xatırladaq ki, Daron Əcəmoğlu İstanbulda erməni ailəsində dünyaya gəlib.
Müstəqil.Az