Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostoka səfər edib.
“Qafqazinfo” xəbər verir kİ, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Akop Arşakyan və Ruben Rubinyan, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər yüksək vəzifəli şəxslər daxildir.
Ermənistan hökumətinin başçısı 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək plenar iclasında iştirak edəcək.
Tədbirdə Rusiya Prezidenti Vladimir Putin və digər dövlət başçıları da iştirak edəcək.
Nikol Paşinyanla Vladimir Putin arasında görüş nəzərdə tutulub.