Paşinyan Xankəndi ermənilərini HƏRƏKƏTƏ GƏTİRDİ: Rusiya və Avropaya KÖÇÜRLƏR

Paşinyan Xankəndi ermənilərini HƏRƏKƏTƏ GƏTİRDİ: Rusiya və Avropaya KÖÇÜRLƏR

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə yaşayan ermənilər arasında emiqrasiya əhval-ruhiyyəsi güclənməyə başlayıb; Artıq anlayırlar ki, Ermənistan bölgədə erməni separatizmini əvvəlki kimi dəstəkləmək imkanlarını sürətlə itirir…

Ötən ilin sonlarından başlayaraq, erməni toplumu dərin deqradasiya mərhələsinə qədəm qoyub. Hazırda erməni toplumunda ənənəvi vahid mövqe və ortaq siyasi-ideoloji hədəfin ətrafında birləşmə meylləri müşahidə olunmur. Və belə vəziyyət Ermənistan üçün ən ciddi təhlükə qaynaqlarından biri hesab olunur.

Hazırda Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın dekabr açıqlamalarına münasibətdə ciddi parçalanma dövrünü yaşayır. Paşinyan hakimiyyətinin əsas siyasi rəqibi olan Qarabağ klanı erməni baş naziri Ermənistanın dövlət təhlükəsizliyi maraqlarına və ənənəvi siyasi-ideoloji hədəflərinə xəyanət etməkdə suçlayır. Ona görə də, Ermənistanın xilası naminə Paşinyan hakimiyyətinin devrilməsini vacib hesab edir.

00-30-1575976183.jpg (55 KB)

Loading…

Ancaq Ermənistan cəmiyyətində heç də hamı Qarabağ klanının mövqeyini bölüşmür. Əksinə, Qarabağ klanını, xüsusilə də, keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı Ermənistanın fəlakətlərində əsas günahkar hesab edənlərin sayı kifayət qədərdir. Hətta erməni toplumunda Qarabağ klanının yenidən hakimiyyətə qayıda bilməməsi üçün baş nazir N.Paşinyanı dəstəkləyən təbəqələr də olmamış deyil.

Onu da qeyd etmək lazımdır ki, bu reallıq Ermənistanda ötən ilin iyun ayında keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrinə də birbaşa təsir göstərmişdi. Belə ki, normalda Paşinyan hakimiyyəti 44 günlük savaşda biabırçı məğlubiyyətə uğradığı üçün növbədənkənar parlament seçkilərində qələbə qazana bilməzdi.

Ancaq Qarabağ klanına, eləcə də, Köçəryan-Sarkisyan cütlüyünə olan ictimai nifrət baş nazir N.Paşinyana seçki qələbəsini təmin etdi. Çünki Köçəryan-Sarkisyan cütlüyünə qarşı olan seçicilərin mütləq əksəriyyəti dəstəkləmədikləri halda, Paşinyan hakimiyyətinə səs verdilər. Yəni əsas məqsəd baş nazir N.Paşinyanı hakimiyyətdə saxlamaq istəyindən daha çox Qarabağ klanının iqtidara dönüş şansını bloklamaq idi.

Təxminən oxşar proses erməni baş nazirin dekabr açıqlamalarına münasibətdə də təkrarlanmaqdadır. Ermənistan cəmiyyətinin müəyyən bir qismi Qarabağ ermənilərindən xilas olmaq düşüncəsində birləşir. Ona görə də, Qarabağ klanı, eləcə də, Xankəndi və ətraf bölgədəki erməni separatçıları ilə qarşıdurmada Paşinyan hakimiyyətini dəstəkləyir.

1403967.jpg (17 KB)

Halbuki erməni toplumu erməni baş nazirin açıqlamalarının məzmunca “Dağlıq Qarabağ” iddialarından imtina xarakter daşıdığını da anlamamış deyil. Belə anlaşılır ki, Ermənistan cəmiyyətində də ölkənin “Dağlıq Qarabağ” iddiaları olmadan yeni inkişaf mərhələsinə keçməsini dəstəkləyənlər mövcuddur. Belə vəziyyət Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin əhval-ruhiyyəsinə də təsir etməmiş deyil.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər də baş nazir N.Paşinyanın dekabr açıqlamalarını Ermənistanın onlardan üz çevirib, imtina etməsi kimi anlayırlar. “Hraparak” qəzetinin iddiasına görə, əsas rəylər ondan ibarətdir ki, rəsmi İrəvan “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı ola biləcək danışıqlardan indidən yayınmağa çalışır. Və bu, bölgədəki erməniləri ciddi şəkildə narahat edir.

Maraqlıdır ki, “Hraparak” qəzeti də daxil olmaqla, Ermənistan mətbuatı Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin pessimist əhval-ruhiyyəsi barədə müxtəlif məlumatlar yaymağa başlayıblar. Həmin məlumatlara görə, Xankəndi və ətraf bölgədə yeni bir hərəkətlənmə prosesi başlanmaq üzrədir. Və bu, bölgənin tezliklə ermənilərdən boşalma təhlükəsini yarada bilər.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin arasındakı mənbələrə istinad edən Ermənistan mətbuatının iddialarına görə, baş nazir N.Paşinyanın dekabr açıqlamalarından sonra yaşayış yerlərini dəyişmək qərarı verənlərin sayı sürətlə artmağa başlayıb: “Hətta vaxtlə oranı heç vaxt tərk etməyəcəklərini deyənlər belə, artıq getmək barədə ciddi şəkildə düşünürlər. Onlar bir müddət bölgədə qalsalar belə, istənilən halda, öz ailələrini Qarabağdan çıxartmaq niyyətindədirlər. Onlar deyirlər ki, N.Paşinyan Qarabağı birdəfəlik vermək niyyətinə düşüb və bölgədə qalacaqları təqdirdə, başlarına nə gələcəyini bilmirlər”.

1412276.jpg (664 KB)

Ermənistan mətbuatı vurğulayır ki, bölgədəki ermənilər artıq hər şeyin sona çatmaq üzrə olduğundan tam əmindirlər: “Qarabağ erməniləri hesab edirlər ki, Ermənistan Azərbaycan və Türkiyə ilə anlaşma əldə edib. Ona görə də, rəsmi İrəvan Azərbaycan və Türkiyənin ssenarisi üzrə hərəkət edəcək. Həmin ssenaridəsə, Qarabağda ermənilərin hər hansı statusda yaşaması nəzərdə tutulmur”.

Göründüyü kimi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə yaşayan ermənilər artıq emiqrasiya əhval-ruhiyyəsinə qapılmağa başlayıb. Onların əksəriyyəti Rusiya və Avropaya köçməyə hazırlaşırlar. Çünki artıq anlamağa başlayıblar ki, rəsmi İrəvan bölgədə erməni separatizmini əvvəlki kimi dəstəkləmək imkanlarını sürətlə itirməyə başlayıb.

Deməli, bölgədə yaşayan ermənilər də rəsmi İrəvanın öz imkanlarını itirmə sürətinə uyğun şəkildə qərar qəbul etməyə tələsməlidirlər. Yəni, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əks təqdirdə, Azərbaycan Konstitusiyasına görə, bölgədə yaşamaq hüquqları olmayacağından özlərinə yeni “separatizm ərazisi” axtarmalıdırlar.

Elçin XALİDBƏYLİ

Share: