Paşinyan: Xankəndiyə getmək üçün Bakıdan icazə alın

Paşinyan: Xankəndiyə getmək üçün Bakıdan icazə alın

Rus sülhməramlıları fransız jurnalistlərin Azərbaycan akkreditasiyasını göstərmələrini tələb edərək Xankəndiyə girməsinə icazə verməyiblər.

Müstəqil.Az  Minval.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim, elm adamı Qarabağa getmək və baş verənləri öz gözləri ilə görmək üçün Ermənistana gəliblər. İrəvanda rəsmi olaraq akkreditə olunublar və Xankəndiyə doğru yola düşüblər. Laçında onları rus sülhməramlıları dayandırıb və soruşublar: “Hara gedirsiniz?”

“Jurnalistlər Qarabağa getdiklərini və akkreditasiyalarını göstərdikdə, sülhməramlılar onları buraxmayıblar. Jurnalistlərə deyilib ki, Ermənistanda alınan akkreditasiya etibarsızdır və onunla Azərbaycana giriş qadağandır. Sülhməramlılar jurnalistlərə deyib: “Girmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”.

Nümayəndə heyəti İrəvana – Fransa səfirliyinə qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə qurur və nələrin baş verdiyini soruşur. Və Nikol ona cavab verir ki, bəli, 11 yanvarda beynəlxalq medianın Qarabağa getmək üçün Azərbaycandan akkreditasiya alması barədə razılığa gəldik və ümumiyyətlə, bütün bu məsələlərə qarışmamaları daha yaxşıdır. Conatan Lakotun susmaqdan başqa çarəsi yox idi”, – Minasyan qeyd edib.

Müstəqil.Az

Share: