Paşinyan yeganə namizəd oldu

Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir.

Müstəqil.Az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

“Yelk” fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da başa çatıb.

Müstəqil.Az

Share: