Müstəqil.Az tanınmış yazıçı-daramaturq, Filologiya üzrə fəlsəfə doktoru, İstanbuldakı Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlunun Ermənistanın yeni baş naziri Nikola Paşinyanın Azərbaycanı qorxaq dövlət adlandırmasına sərt münasibətini yayınlayır:
Hayları, yəni ermənilərdən hər hansı nümunə gətirməyi sevmirəm. Amma biz, Ermənistandan daha gözəl inkişaf etmiş ola bilərik, bizdə beynəlxalq oyunlar və ya tədbirlər keçirilir. Neftimiz Avropaya gedir, Azərbaycan günü gündən gözəlləşir. Amma bütün bunlar həqiqəti dəyişmir, Azərbaycanın torpaqları 26 ildir işğal altındadır və bizdən qat-qat zəif iqtisadiyyatı olan Ermənistanın işğalı altındadır. Biz hələ 877 əsir və girovumuzu azad etmək üçün heç bir hərbi əməliyyat keçirməmişik. Halbuki, isətənilən dövlət riskə gedərək bunu edərdi. Biz yalnız BQXK-nın bizi alçaldan tərzdə fəaliyyəti ilə təsəlli tapmaq məcburiyyətində qalmış kimiyik. Biz ölkəmizdə oturub Qarabağ haqqında kitab yazırıq və etiraf da etmək istəmirik ki, bu kitabların vəziyyətə heç bir təsiri yoxdur. Biz Amerikalıları inandırmağa çalışırıq ki, Qarabağ bizim dədə-baba torpağımızdır. Unuduruq ki, Amerika amerikalıların yüzdə 95 faizinin dədə-baba torpağı deyil. Biz, Avropalılara torpaqlarımızın işğal olunduğunu sübut etməyə çalışırıq. Amma onları bunu bizdən də yaxşı bilirlər.
Əlbəttə, özümüz haqqında yüksək fikirdə ola bilərik, “lazım gələrsə” sözü ilə özümüzə təsəlli verə bilərik. Bizim qəhrəmanlarımız olub və Qarabağ üçün döyüşmüşük. Amma biz məğlubuq. Məğlublar isə hər zaman kiçik görülür və biz özümüzü necə görməyimizdən asılı olmayaraq, kənardan qorxaq dövlət və qorxaq millət kimi görünürük. Çünki biz, Paşinyanı, ya ondan əvvəlki hər hansi Ermənistan rəhbərini Qarabağa uçarkən vurmadıq. Amma vurmalıydıq. Qarabağın həmişə yuxulu və yorğun, hətta məni də inandıra bilməyəcək bir danışıq tərzi olan icma rəhbərinin Paşinyana “Ayaqları qırılsın” deməməlidir. Dövlət o Paşinyanın ayaqlarını qırmalıdır. Bəlkə, məni çox emossional qəbul edə bilərsiniz. Amma müharibənin bir qanunu var, ya vuracaqsan, ya da səni vuracaqlar. Biz vurulmuşuq. Yadınızdadır, Azərbaycanın dövlət rəhbərləri olan heləkopterə vurdular, bununla da ayağımız Qarabağdan kəsildi. İndi də ya biz Ermənistan rəhbərlərinin helikopterini vurub ayaqlarını Qarabağdan kəsməliyik, ya da “qorxaq” sözünü qəbul etməliyik. Elə bilməyin ki, mən bunun Paşinyan tərəfindən bir profakasiya və təhrik olduğunu anlamıram. Mən erməni strategiyasını yaxşı bilirəm. Məsələ burasındadır ki, bizim strategiyamız yoxdur. Ona görə də qorxaq görünürük. Torpağı azad etmək istəsəydik, heç nəyə baxmadan azad edərdik. Bir rus generalı 1919-cu ildə Anadoludan keçmiş və gördüklərini yazır:”Kəndlərdə yalnız qadınlar və azyaılı uşaqlar görünürdü”. Bilirsinizmi niyə? Çünki 15 yaşından yuxarı, hamı ölkəsini qorumaya getmişdi. 5-6 ölkənin işğalından belə qurtardı türklər torpaqlarını…. Yəni, biz torpaqlarımızı azad etmək istəsək, edərik!
Aygün HƏSƏNOĞLU