Paşinyanın etiraz edən hərbçi valideynləri zorla qovuldu – VİDEO

Paşinyanın etiraz edən hərbçi valideynləri zorla qovuldu – VİDEO

 

Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli şəxslər bu ölkənin Müstəqillik Günü münasibətilə “Yerablur” hərbi panteonuna yollanıblar.

44 günlük müharibədə ölənlərin valideynləri isə məzarlıqda toplaşaraq buna etiraz ediblər. Onlar Paşinyanın panteonu ziyarət etmək hüququnun olmadığını bildiriblər və onu övladlarının məzarının yaxınlığına buraxmayacaqlarını deyiblər. Bu səbəbdən hökumət nümayəndələrinin korteji gəldikdən sonra valideynlər güc yolu ilə panteondan uzaqlaşdırılıb.

 

Yerablurdakı jurnalistlərin işi də məhdudiyyətlərlə başlayıb: bir neçə kvadratmetrlik xüsusi bir sahə qırmızı lentlə hasarlanıb, jurnalistlərin bu ərazidən çıxmasına, vəzifəli şəxslərə yaxınlaşmasına və onlara sual verməsinə icazə verilməyib.

Hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin ölən hərbçilərin valideynləri və jurnalistlər arasında canlı sədd yaradıblar, bu səbəbdən KİV nümayəndələri onlara da sual verə bilməyiblər.

Share: