“Paşinyanın tərəfdarları İslamı qəbul etməyə hazırdır”

“Paşinyanın tərəfdarları İslamı qəbul etməyə hazırdır”

“Ermənistan baş naziri Nikol Paşinyanın tərəfdarlarını üç kateqoriyaya bölmək olar”.

Bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan “Facebook” hesabında yazıb. Paşinyanı xəyanətkar adlandıran deputat xalqı bunu başa düşməməkdə günahlandırmamağa çağırıb.

“Birinci kateqoriyaya “inciklər” aiddir. Onlar “əvvəlkilər” qayıtmasın deyə İslamı qəbul etməyə də hazırdılar. İkincilər üçün türklərlə sərfəli ticarət Qarabağdan və həlak olanların qanından vacibdir. Üçüncü qrup insanlar isə sabah dövlətçiliyimizi itirəcəyimizi anlamırlar”.

Erməni deputat bildirib ki, insanların vətəndaş olmaqdan çıxmasında hər kəs günahkardır.

Müstəqil.Az

Share: