Paşinyanla görüşmək üçün təcili İrəvana getdilər

Paşinyanla görüşmək üçün təcili İrəvana getdilər

Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyan təcili İrəvana gediblər.

Müstəqil.az Ermənistan mediasına istinadən xəbər verir ki, onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Görüşdə münaqişə bölgəsindəki vəziyyət müzakirə olunub.

“168 Zham” qəzeti mənbələrinə istinadən məlumat verib ki, baş nazirin bir gün əvvəl bir sıra partiyaların nümayəndələri ilə görüşündə müəyyən məlumatlar verməsindən təşvişə təşvişə düşən Qukasyan və Sahakyan təcili olaraq Qarabağdan İrəvana gəliblər. Bu məlumatın nə olduğu barədə isə heç bir bilgi yoxdur.

Paşinyanın mətbuat katibi Mane Qevorqyan qəzetə verdiyi açıqlamada iki keçmiş qondarma DQR liderinin gəlişi ilə bağlı məlumatlarının olmadığını bildirib.(Publika.az)

Share: