Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Danışıq zamanı Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyinə və cari proqramlara dair məsələlər müzakirə edilib.
Həmçinin, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.