Patriarx Kirillin bu ölkəyə girişi qadağan edildi

Patriarx Kirillin bu ölkəyə girişi qadağan edildi

Estoniya Patriarx Kirill də daxil olmaqla 58 rusiyalının ölkəyə girişini qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

“Bu gün xarici işlər naziri Marqus Tsaxkna 58 nəfərin, o cümlədən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin və hüquq müdafiəçisi Vladimir Kara-Murzanı təqib edən və həbs edən 9 nəfərin Estoniyaya girişini qadağan edən “Maqnitski siyahısı”nı yenidən qüvvəyə mindirdi”, – deyə Estoniya XİN-dən bildirilib.


Share: