Bakının Xətai rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1982-ci il təvəllüdlü Aidə Yəhya qızı Feyziyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.