Bakı şəhəri üzrə 2020-ci ildə ticarət dövriyyəsinin həcmi 23 milyard 62,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Publika.az-a verilən məlumata əsasən, 2019-cu illə müqayisədə ticarət dövriyyəsinin həcmi 0,5 faiz artıb.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq 11 milyard 286,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Müstəqil.AZ