Pedofillərə ömürlük həbs cəzası qanun lahiyəsi tərtib edildi

Müstəqil.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə komitəsi parlamentə pedofillər üçün ömürlük həbs nəzərdə tutan qanun layihəsi ilk oxunuşda qəbul olunmasını məsləhət görüb. Bu layihədə komitə ortaq icraçı kimi çıxış edir.
Parlament nümayəndələri qeyd edir ki, qanun layihəsi cinayətkarlıqla mübarizəni gücləndirməyə yönəlib. Bundan başqa, layihədə RF CM-in 78-ci maddəsinə əlavə olaraq uşaqlara qarşı törədilən  cinayət açılmadıqda müddət köhnəliyi bitməyəcək, o vaxta qədər ki, zərərçəkən yetkinlik yaşına çatsın.
Layihədə yaşı yetkinliyə çatmamış şəxslərin pornoqrafik təsvirinin hazırlanması, əldə edilməsi, saxlanması, yayılması, kütləvi nümayişi də ağır cinayətlər kimi qəbul edilməsi nəzərdə tutulur.

Share: