Aprelin 18-də Pekinin Çanqfenq xəstəxanasında yanğın baş verib.
Xilasedicilər stasionar şöbənin şərq qanadında yanğın barədə məlumat alıblar. Dərhal hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis gəlib.
21 nəfərin öldüyü, daha 71 xəstənin təxliyə edildiyi məlum olub.
Hadisə şahidi bildirib ki, tüstüdən və yanğından xilas olmağa çalışan çoxlu sayda insan binanın pəncərələrindən çıxıb.
Artıq yanğın tamamilə söndürülüb.
İnsidentin baş vermə səbəbləri araşdırılır.
Mənbə: aif.ru