“Peledən əvvəl deyərdim ki, “10” sadəcə bir rəqəm idi. Bu ifadəni həyatımın bir hissəsində, haradasa oxumuşdum. Amma indi bu gözəl ifadə yarımçıqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Braziliya millisinin üzvü Neymar mərhum futbolçu Pelenin vəfatı ilə bağlı sosial media hesabında yazıb.
O bildirib ki, Peleyə kimi onun üçün futbol sadəcə idman olub:
“Pele hər şeyi dəyişdi. Futbolu sənətə, əyləncəyə çevirdi. O getdi, amma sehri qalacaq. Pele əbədidir”.
Qeyd edək ki, Pele bu gün 82 yaşında vəfat edib.