Pelosi Tayvana səfərini şərh edib

Pelosi Tayvana səfərini şərh edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-də bəyan edib ki, onun Tayvana səfəri ABŞ-ın Tayvan demokratiyasını dəstəkləmək öhdəliyinin sübutudur.

“Bizim səfərimiz qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəetmə üçündür”, – Pelosi Tayvana gələrkən deyib.

O qeyd edib ki, ABŞ nümayəndə heyətinin adaya səfəri heç bir halda ABŞ-ın 1979-cu il Tayvan Münasibətləri Aktına əsaslanan uzunmüddətli siyasətinə zidd deyil.

Siyasətçi vurğulayıb ki, Vaşinqton status-kvonun dəyişdirilməsi üçün birtərəfli səylərə qarşı çıxmağa davam edəcək.

Mənbə: İzvestiya

Share: