Pentaqon Konqresin təzyiqi səbəbindən altı Afrika ölkəsi ilə təlimləri ləğv edib

Pentaqon Konqresin təzyiqi səbəbindən altı Afrika ölkəsi ilə təlimləri ləğv edib

Pentaqon Konqresin təzyiqi səbəbindən altı Afrika ölkəsi ilə təlimləri ləğv edib

Pentaqon ABŞ qanunvericilərinin təzyiqi ilə altı Afrika ölkəsi ilə hərbi təlimləri ləğv etməli olub. Onlar xatırladıblar ki, Birləşmiş Ştatlar qanunla “insan hüquqlarının pozulması və hərbi çevrilişlərin” baş verdiyi ölkələrə “hərbi dəstək” verə bilməz.

xəbər verir ki, bu barədə The Washington Post yazır.

Nəşr mənbələrə istinadən bildirir ki, Pentaqon oktyabr ayında ABŞ Konqresinə Burkina Faso, Eritreya, Efiopiya, Mali, Niger və Sudan da daxil olmaqla bir sıra Afrika dövlətləri ilə hərbi təlimlər keçirmək planlarını təqdim edib. Regionun “onlarla ölkəsi” ilə birgə təlim fəaliyyətləri üçün “milyonlarla dollar” ayrılması nəzərdə tutulurdu.

Bununla belə, WP-nin yazdığı kimi, çərşənbə günü ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin (Merilend ştatından demokrat) Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostinə müraciət edib. O, ABŞ-ın rəhbərlik etdiyi təlimdə “insan hüquqlarını pozan heç bir ölkənin” iştirak etməyəcəyinə dair təminat istəyib. Konqres bunun qanunla mümkün olmadığını bildirib.

Qəzet qeyd edir ki, eyni zamanda, bu ölkələrin orduları dəfələrlə “hərbi çevrilişlərdə, məhkəməsiz edamlarda və kütləvi zorlamalarda iştirak etməkdə” ittiham olunublar.

Share: