Ukraynada genişmiqyaslı müharibənin başlanğıcından bəri yaralı və öldürülən rusiyalı hərbçilərin ümumi sayı 80 minə çatır.
Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal brifinq zamanı məlumat verib.
O qeyd edib ki, belə əhəmiyyətli itkilər fonunda Rusiya prezidenti Vladimir Putin Ukraynada qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmayıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilərin əhval-ruhiyyəsi Ukrayna hərbçilərindən xeyli aşağı səviyyədədir.
Mənbə: rbc.ua