ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun hava məkanına nəzarət etmək üçün süni intellektdən istifadə edəcək monitorinq sistemi quraşdıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Kertis Engelson məlumat yayıb.
O bildirib ki, kompleksdə modern kameralar və göz üçün təhlükəsiz lazer monitorinq sistemi istifadə olunur.
“Bu sistemin göstəriciləri əvvəlki versiyadan 10 dəfə yüksəkdir. Kompleks Müdafiə Nazirliyinin cavabdeh olduğu digər obyektlərin təhlükəsizliyini təmin etmək üçün də istifadə oluna bilər”.
Qeyd edək ki, 100 milyon dollar dəyərində qiymətləndirilən sistemin tətbiqinə bu ilin sonunda başlanılacaq.